Hospitallarda müalicə olunan qazilərin sayı açıqlandı

Hazırda Vətən müharibəsində yaralanan hərbçilərimizdən 59-nun müalicəsi hospitallarda davam etdirilir.

Metbuat.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

O bildirib ki, yaralı qazilər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR