x
Loading...
.

SON DƏQİQƏ! Qapanmalarla bağlı QƏRAR DƏYİŞDİ - Nazir AÇIQLADI

.

"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti hələ ki, davam etdirilir".

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da canlı yayım zamanı sualları cavablandırarkən bildirib.

"Uşaq bağçaları distant təhsilə keçmir və bağlanmır.

Növbəti günlərdə və həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək.

Lakin vətəndaşlarımızdan sanitar-gigiyenik normalara riayət etmələri xahiş olunur", - deyə nazir bildirib.

Qeyd edək ki, bundan öncə dövlət və özəl bağçalarda tədrisin dayandırılması ilə bağlı qərar qəbul edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR