İraqda ABŞ hərbi bazası raket atəşinə tutuldu

ABŞ hərbçilərinin yerləşdirildiyi İraq ordusuna məxsus baza raket atəşinə məruz qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Məlumata əsasən, yerli HHQ qüvvələrinin bazasına iki raket atılıb.

İraq təhlükəsizlik qüvvələrinin açıqlamalarına görə, hər iki raket bazaya çatmayaraq, yaxınlıqda yerə düşüb.

Hücum nəticəsində hərbi bazaya heç bir zərər dəyməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR