Şuşayla bağlı DƏHŞƏTLİ PLAN:

Xəbər verdiyimiz kimi ötən həftə ANAMA, Azərbaycanın işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirərək, qalıqlarının fotolarını yaydı.

Metbuat.az xəbər verir ki, bir neçə gündür müzakirələrə səbəb olan bu məsələyə bir çox xarici ekspertlər də münasibət bildirib. BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab Metbuat.az-a açıqlamasında bildirdi ki, görünür məqsəd Şuşanı dağıtmaq imiş.


''Bu raketlərin Azərbaycan ərazisinə - Şuşaya atılması barədə xəbərlər çox üzücüdür. Uşaq, böyük deməkdən çox saylı insan tələfatına səbəb ola bilən, kütləvi qırğın silahını

kilometrlərlə böyük əraziyə zərər vura biləcəyini bilərəkdən ondan istifadə etmək yalnız vəhşilik nümunəsi ola bilər. "İsgəndər M" raketinin Şuşaya atılması nə müharibə qaydalarına nə də hümanizmə sığır. Bu faktlara dünya birliyi biganə qalmamalı və öz mövqeyini bildirməlidir. "İsgəndər M" kimi nəhəng fəsadlar yarada biləcək silahdan istifadə edən hər hansı bir ölkə başqa ağıla belə gətirilməsi çətin olar hər addıma əl ata bilər''.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Şuşaya "İsgəndər" atılmasından bir gün sonra bununla bağlı Rusiya Müdafiə Nazirliyinin Prezident Putinə məruzə edib-etməməsindən xəbərdar olmadığını bildirmişdi. Peskov TASS-a açıqlamasında qeyd etmişdi ki, Azərbaycan tərəfinin aşkar etdiyi raket qalıqlarının yolla orada peyda olmasından Kreml "xəbərsizdir".

Песков назвал новые санкции против РФ абсурдными - Газета.Ru | Новости

Məlumat üçün bildirək ki, "İsgəndər" raketləri keçmiş SSRİ və hazırda onun varisi olan Rusiyanın silah sənayesinin qüruru sayılan silahlardan biridir. Raket kompleksi hazırda dünya üzrə yalnız Rusiya və Ermənistanın silahlanmasında istifadə olunur.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR