x
Loading...

Mənzil arzusunda olanlara ŞAD XƏBƏR! Bu şərtlər hamını qane edəcək

.

Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondu ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edib.

Dəyişikliklər barədə Metbuat.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, yeni qəbul edilən qərarlar vətəndaşların daha rahat mənzil sahibi olmasına şərait yaradacaqdır.

Xankəndində ermənilərin satışa çıxardığı mənzillər: O evlərə məcburi  köçkünlərimizi yerləşdirməliyik – Muxbir

"Pandemiya ilə əlaqədar bir çox iş yerləri bağlandı. Kimin ki, banka borcu var idi o şəxslərin borcunu ödəyə bilmədiyi üçün kredit ödənişlərində gecikmələr yaratdılar.

Qeyri-ixtiyari səbəblərdən yaranan gecikmələr həm vətəndaş, həm də bank üçün arzuolunmaz haldır. Onsuz da banklar kredit verərkən özlərini sığortalayırlar. Bank evi istər ipoteka krediti ilə, istərsə də kirayə üsulu ilə satanda mənzili qiymətləndirir. Hər iki halda uduzan vətəndaşlar olur.

Əvvəlki şərtlərə əsasən, ərizəçi ilə birgə yaşı yuxarı olan ailə üzvü müraciət etdikdə, ailə üzvünün yaşına görə kirayə müqaviləsi daha az müddətə təyin edilirdi ki, bu da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsir göstərirdi.

Edilən dəyişikliklərdən biri də ele budur. Yəni ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək''.

Yeni qərarın ən müsbət tərəfinin sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması olduğunu qeyd edən ekspert bildirdi ki, bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s. muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan şəxslərin – sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması üçün yeni yanaşma tətbiq olunur.

"Rəsmi iş yeri olmayan fiziki şəxs aylıq gəlirini göstərə biləcəyi təqdirdə kirayə mənzil layihəsindən yararlana bilər.Bu zaman VÖEN-lə fəaliyyət göstərən fiziki şəxsin aylıq gəlirinin neçə faizi vergiyə ödədiyi də bəlli olacaqdır. Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR