x
Loading...
.

Erməni komandir: “Bizim könüllə şəkildə başımızı kötüyə qoyub...”

.

“Biz könüllü şəkildə başımızı aparıb başımızın kəsiləcəyi kötüyə qoyuruq, türkə xidmət etmək istəyən, dostluğu təbliğ edən şəxslər özlərinə gəlməlidirlər”.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Arabo” dəstəsinin komandiri Manvel Yeğiazaryan deyib.

“Demokratiyanın yaxşı tərəfi odur ki, hər bir vətəndaşın danışmaq hüququ var, digər tərəfdən də pis tərəfi odur ki, hər bir azmış, ağılsız öz fikrini bildirə bilər, sahə belələrinə verilib”, - deyə o bildirib.

Manvel Yeğiazaryan qeyd edib ki, təkcə Nikol Paşinyana yox, həmçinin türklərlə bağlı yanaşmanı düzəltmək və dostluq etmək barədə kampaniya aparılmasına davam edən bütün şəxslərə cəmiyyəti bu diskursa cəlb etməməyi məsləhət görür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR