x
Loading...

“WhatsApp” messencerlər arasında öz mövqeyini itirməyə davam edir

.

İlin əvvəlində “WhatsApp” messencerinin rəsmisi istifadəçi razılaşması qaydalarının “Facebook” ilə daha geniş inteqrasiya edilməsi istiqamətində dəyişdiriləcəyini elan etmişdi. Bu səbəbdən istifadəçilər alternativ messencerlər axtarmağa başlayıblar. Bu yaxınlarda dərc edilmiş hesabata görə, “WhatsApp” messenceri hələ də öz mövqeyini itirir.

Metbuat.az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, istifadəçilər “Signal” messencerini əvvəlkindən daha çox quraşdırmağa başlayıblar. İndi “Signal” messenceri dünyada yükləmələrə və aylıq aktiv istifadəçilərinin sayına görə ən sürətlə inkişaf edən proqramdır.

“Telegram” messenceri isə aylıq aktiv istifadəçilərinin sayına görə dünyada ikinci yerdədir. “Signal” və “Telegram” mobil tətbiqlərinin yükləmələri günbəgün artır.

“WhatsApp”ın yeni qaydaları mayın 15-dən qüvvəyə minir. Həmin qaydaları qəbul etmədikdə messencerdən tam istifadə mümkün olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR