Çində DƏHŞƏTLİ VƏZİYYƏT:

Çinin Sincan əyalətində, Uyğur Muxtar Bölgəsindəki bir fermada donuzlar arasında Afrika vəbası aşkar edilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bütün heyvanlar Çin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhv edilib. Nazirlikdən təxminən 600 donuzda tapılan virusun insanlara yoluxmadığı deyilib.

Epidemiya aşkarlandıqdan sonra həyata keçirdiyi tədbirlər çərçivəsində fermada sağ qalan heyvanlar da məhv edilib. Fermanın yerləşdiyi əraziyə giriş və çıxış qadağan olunub.

Qeyd edək ki, 2007-ci ildə Gürcüstanda tapılan Afrika donuz vəbası, 2014-cü ilə qədər Ukrayna, Polşa və Çexiyada çöl donuzlarında görülmüşdür. Çində 2018-ci ildə 20 əyalətdə və 47 şəhərdə epidemiya səbəbiylə 600 min donuz məhv edilib. Maraqlı məqam odur ki, yoluxucu olmasına baxmayaraq donuz vəbası insanlara yoluxmur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR