Dünyanı dəhşətə gətirən hadisə: Dostlarının cəsədini yeyən gəncdən

Acından ölməyib, həyatda qalmaq üçün dostlarının cəsədini yedi.

Metbuat.az xəbər verir ki, İngiltərədə bir televiziya proqramında çıxışı zamanı Xose Luis İnkarte adlı şəxs 49 il əvvəl Çilidən Argentinaya gedərkən, And dağlarındakı təyyarə qəzasından xilas olmaq üçün qəzada ölən dostlarını yemək məcburiyyətində qaldığını danışıb.

O, təyyarədə baş verənləri belə təsvir edib:

Alive (1993) | Movie and Television Blog (2013-

"O gecə güclü külək səbəbiylə Argentinada ara verməli olduq, ancaq ertəsi gün yenidən yola çıxdıq. Anam və nişanlımdan ayrılmışdım. Bəzi dostlarımın reqbi oynayacağı mənim üçün həyəcanverici idi. Mən ən yaxşı dostum Qastonun yanında oturmağa getdim.Bir anda təyyarədə təlaş yaşandı. Pilotun necə Tanrıya yalvardığını eşidirdim.

Təyyarəmiz sanki dik bir yerdən keçməyə çalışırdı, elə bil bir dağa gedirik. Qanad qayalara dəydi və düşündüm ki, 24 yaşında öləcəyəm. Təyyarə aşağı sürüşməyə başladı, dayanarkən bir səssizlik və dərhal yenidən qışqırıqlar gəldi. Qarşımda bir yığın cəsəd, çamadan, təyyarə oturacaqları gördüm, amma arxaya baxanda heç bir şey yox idi.

Təyyarədən atladığdan sonra,yaralılara baxmağa başladıq. 27 nəfərdən 24-nün vəziyyəti yaxşı idi. Mən isə ayağımdan yüngül xəsarət almışdım. Səhəri gün çamadanlarla bir divar düzəltdik və tapdığımız radioda bizdən bir xəbər olub-olmadığını dinləməyə başladıq. O gün bizi qurtaracaqlarına inanırdıq, qidaları bölməyə və sağ qalmağa diqqət etdik, amma 10 gün sonra axtarış və xilasetmə əməliyyatının bitdiyini eşitdiyimiz üçün şoka düşdük''.

Talehsiz qəzadan sağ çıxan İnkarte, dostlarının ətini yemək üçün çox enerji və zehin səy sərf etdiyini qeyd etsə də artıq bu yaşananların onu daha incitmədiyi bildirib.

Frozen dinners: “Alive” (Marshall, 1993) – The Cannibal Guy

“Əlbətdə And dağları haqqında düşünürəm. Unutmaq mümkün deyil, amma bu vəziyyət artıq həyatımın bir parçası deyil. Sağ qalmaq istəyirsənsə, başqa bir seçim yox idi. Bir iclas keçirtdik və bunu edib-etməməyimiz barədə müzakirə etdik. Bunu etməmək ölmək demək idi və beləliklə hamı yeməyə qərar verdi''.

Alive' survivor Coche Inciarte writes his memoirs — MercoPress

Qeyd edək ki, İnikartenin ağrılı hekayəsi 1993-cü ildə çəkilən "Alive" filminin mövzusu olub. Xose Luis İnkarte deyib ki, filmdə nümayiş etdirilənlərin hamısı doğrudur.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR