x
Loading...

Göyçayda "Aprel döyüşləri" şəhidinin ildönümü qeyd olundu - FOTOLAR

.

Göyçayda "Aprel döyüşləri" şəhidinin ildönümü qeyd olunub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Teymur Mikayıl oğlu Qasımov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Əsgər T.Qasımov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

5 aprel tarixində isə o, doğulduğu Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Q.Teymur ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Şəhidin adının əbədiləşdirmək məqsədi ilə Göyçay rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə kəndin mərkəzi küçəsinə Şəhid Teymur Mikayıl oğlu Qasımovun adı verilib. Göyçay Gənclər Mərkəzində "Biz səninlə qürür duyuruq", "Şəhidlər unudulmur" adlı xatirə guşəsi düzəldilib.

Şəhidin beşinci ildönümü ilə əlaqədar olaraq ailəsi və məzarı ziyarət edilib. Ziyarətdə RİH-nin başçısı Mehdi Səlimzadə və şəhidin ailə üzvləri və digər şəxslər də iştirak ediblər.

Sonda şəhid atası Mikayıl Qasımov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə, Qarabağ qazilərinə olan daimi diqqət və qayğı üçün təşəkkürünü bildirib.

Davud Tarverdiyev / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR