“ABŞ Ukraynanın NATO-ya qəbul edilməsini dəstəkləyir. Lakin son qərarı hərbi alyans verəcək”.
Metbuat.az xəbər verir ki, “Ağ ev”in mətbuat katibi Cen Psaki belə açıqlama verib. O bildirib ki, ABŞ Ukraynaya qarşı təhdidləri aradan qaldırmaq üçün həmişə səy göstərir.
Xatırladaq ki, prezident Vladimir Zelenski Ukraynanın NATO-ya qatılması barədə istəyini dilə gətirib.
Anar Türkeş / Metbuat.az