x
Loading...
.

Küçələrdə qəribə görüntü - Qanla mesaj verdilər

.

Myanmada hərbi çevrilişə qarşı nümayişlərdə ölənlərin xatirəsini yad etmək üçün “qanlı aksiya” keçirilib.

Metbuat.az xəbər verir ki, aksiya çərçivəsində küçələrə və divarlara qırmızı rənglə şüarlar yazılıb. “Bəsdir daha qan axıtma”, “qəti geri addım atmayacağıq” sözləri mərkəzi küçələrdə əks olunub. Aksiya sosial mediada böyük rezonans yaradıb. Aksiya iştirakçılarının hərbçilərin diqqətindən yayınaraq belə addım atması rəğbət qazanıb.

Qeyd edək ki, hərbi çevrilişə qarşı aksiyalarda 581 nəfər həlak olub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR