x
Loading...

Bakıda taksi sürücüsü yolu kəsib DƏHŞƏT SAÇDI: "Bıçağı soxaram sənə" - ANBAAN VİDEO

.

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri avtomobildəki kameraya düşüb.

Metbuat.az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə görüntünü qeydə alan sürücü redaksiyaya məlumat verib. Sürücü bildirir ki, idarə etdiyi avtomobillə aprelin 1-i paytaxtın A.Salamzadə küçəsində hərəkət edən zaman ikinci dərəcəli yoldan gələn 99-VG-886 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü yol vermək əvəzinə, işıq siqnalı verərək qarşıdakı sürücünün gözlərini qamaşdırıb. Daha sonra onun qarşısına keçərək avtomobildən düşüb.

"Mənə yaxınlaşan zaman onunla mülayim şəkildə danışıb mübahisə yaranmamasına çalışdım. Lakin o mənə nalayiq söyüşlər söyərək cibindən soyuq silah, yəni bıçaq çıxartdı və "bıçaq soxaram sənə" deyib hədə-qorxu gəldi. Sonradan taksidəki sərnişin də gəlib mənimlə xoş olmayan rəftar etdi".

Ümid edirik ki, hüquq-mühafizə orqanları bu şəxs barəsində qanunamüvafiq qaydada tədbir görəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR