Türkiyə ordusu hərəkətə keçdi: Atışma gedir -

Türkiyənin Müdafiə Nazirliyi Suriyada “Zeytun budağı” əməliyyat zonasında ötən gecə baş verən YPG/PKK terrorçularının hücumu ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumata görə, terror hücumu nəticəsində 2 türk əsgəri şəhid olub. Azı 3 terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, Türkiyə ordusu bölgədə olan terrorçuların mövqelərinə atəş açmağa davam edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR