Qapalı görüşdə hansı razılıq əldə edilib? -

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələrindən çox məmnundur.

Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan təsüratlarını Moskvada "Erməni Hüquqşünaslar Birliyi" nin üzvləri ilə görüşü zamanı etiraf edib.

Onun sözlərinə görə, 3,5 saat davam edən görüş zamanı demək olar ki, bütün məsələləri və gündəmin nüanslarını müzakirə etmək mümkün olub.

"Deyə bilərəm ki, ümumilikdə görüşün nəticələrindən çox məmnunam. Əlbətdə ki, Rusiya prezidenti ilə çox açıq münasibətlər quruldu, xüsusən son aylarda münasibətlər önəmli xarakter aldı. Bu gün gündəliyimizdəki bütün ikitərəfli məsələləri müzakirə etdik, regional və hətta beynəlxalq əlaqələrə toxunduq".

Paşinyan qeyd edib ki, Rusiyada hava hücumundan müdafiə sistemi haqqında razılaşmanın maddələrini müzakirə edib.

"Bilirsiniz ki, bizim ortaq Ermənistan-Rusiya hərbi kontingenti, birgə regional hava hücumundan müdafiə sistemi haqqında bir razılaşma var idi. Biz bu müqavilələrin müddəalarını yeni vəziyyətə uyğun tətbiq etmək üçün xüsusi bir plan və mexanizmləri müzakirə etdik. Mövcud müzakirələrimizin gündəliyi o qədər genişdir ki, mən yenidən danışıqlar üçün darıxmağa başlamışam.

Düşünürəm ki, gələcəkdə mütləq yenə prezident Putin ilə müzakirələr etməyə şans olacaqdır. Bir şey aydındır ki, Ermənistan-Rusiya münasibətləri strateji xarakter daşıyır, mövcud problemlər və vəziyyətlər nəzərə alınmaqla bu strateji əməkdaşlığa daha dərin xarakterə malik olmalıdır.

Qeyd edək ki, məhbusların geri qaytarılması ilə bağlı sualı cavablandıran Paşinyan, keçən il 9 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinin tam tətbiq olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mövzuda Rusiya prezidenti Vladimir Putinlə tam razıdır. O, Rusiya prezidenti ilə bu mövzuda daha da intensiv iş aparmaq üçün razılıq əldə edildiyini söyləyib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR