"Ukrayna tikəsi" uğrunda savaş:

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Donbassdakı münaqişəni başa çatdırmaq üçün tək yolu NATO-ya üzv olmaqda görüb.

Artıq ABŞ adminstrasiyası da Ukraynanın NATO-ya üzv qəbul edilməsini dəstəkləyib.

Politoloq İlyas Hüseynov hazırda Ukraynada baş verənləri Metbuat.az-a şərh edərək bildirdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin, Kanada baş naziri Castin Trudo ilə telefon danışığı zamanı NATO-ya üzv olmaq barədə müzakirələr aparması, əslində siyasi ekpert camiyəsində yeni bir hal deyildir. Çünki uzun müddətdir ki, Ukrayna ilə NATO arasında gizli və açıq şəkildə müzakirələr davam etdirilir.


“Lakin NATO-nun portfelinə daxil olmayan Ukraynanın Rusiya ilə müharibə olacağı təqdirdə eskalasiya baş verərsə bu halda təşkilar hər tərəfli formada müdafiəni təmin edə bilməyəcəkdir. Bunun üçün Ukraynanın NATO-ya üzv olması lazımdır.

Bildiyiniz kimi NATO-ya üzv olmaq çox uzun bir prosesi əhatə edir. Soyuq müharibədən sonra biz Polşa, Macarıstanın NATO-ya hansı əngəl və çətinliklərdən keçərək üzv olduğunun şahidi olduq. Bütün bu proseslər həm də daxili qanunvericilikdə, həm demokratikləşmə proseslərində, həm də NATO standartlarına ordunun uyğunlaşdırılması prosesini özündə ehtiva edir”.

Politoloq qeyd etdi ki, Ukraynanın tez bir zamanda NATO-ya üzv olması bir neçə səbəbdən inandırıcı deyil. Buna səbəb olan bir neçə fakt var.

New Report: War in Ukraine Now Offers Small Window of Opportunity for Solutions | Russia Matters

“Birincisi, indiki şəraitdə ərazisi işğal altında olan Ukraynanın Donbass Luqansk ərazilərində separatizm meyilləri güclü vəziyyətdədir. İkinci məsələ isə Krımın Rusiyaya ihlaq olunmasıdır ki, bu da Ukraynanın NATO-ya üzvlüyünü gecikdirir.

Amma Rusiyanın Qərbə doğru irəliləyişinin qarşısını almaq, həm təhlükəsizlik həm də iqtisadi və siyasi nöqteyi nəzərdən ekspansiyasının qarşısını almaq üçün NATO da tədbirlər görür.

Xüsusilə ABŞ cəbhəsində demokrat Baydenin hakimiyyətə gəlməsi ilə Rusiya prezidenti Putin arasında olan sərt ritorikanın şahidi olmağımız onu deməyə əsas verir ki, bütün bu baş verənlər gərginliyə səbəb olmaqla müharibə ehtimallarını artırır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR