Ruhani narazıdır: Bizə peyvənd vermirlər

ABŞ-ın təzyiqi nəticəsində İran koronavirusa qarşı tibbi ləvazimatları əldə etməkdə çətinlik çəkir.

Metbuat.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani belə açıqlama verib. O bildirib ki, ABŞ İrana 10 milyon doza peyvənd göndərmək istəyən şirkətlərə təzyiq göstərib. İran yerli peyvəndini hazırlamağa səy göstərir deyən Ruhani Vaşinqtonun siyasətini sərt tənqid edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR