Peykdən çəkilən bu görüntü Ermənistanı qarışdırdı -

Ermənistan rəhbərliyi ordunun İkinci Qarabağ müharibəsi zamanı verdiyi ağır itkilərlə bağlı dəqiq statistikanı hələ də açıqlamayıb.

Metbuat.az-ın məlumatına görə, Paşinyan hakimiyyəti erməni xalqının tələbinə baxmayaraq, bu məsələnin üstündən keçməyə, real itkiləri gizlətməyə çalışır. Bu da ordudakı itkilərin miqyasının daha böyük olmasından xəbər verir.

Tanınmış erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan son aylarda Ermənistanın Yerablur hərbi panteonunda dəfn olunmuş hərbçilərlə bağlı diqqətçəkən paylaşım edib. Belə ki, o, sputnikdən çəkilən görüntünü şərh edərək, məzarlıqda yeni qəbirlərin peyda olduğunu bildirib.

Fotodan aşkar görünür ki, müharibədən əvvəlki dövrlə müqayisədə panteonun ərazisi ən azı iki dəfə genişlənib. Bu isə Ermənistanın ikinci Qarabağ müharibəsində verdiyi itkilərin çox olması ilə əlaqədardır.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR