Volkan Bozkırın Azərbaycana səfəri başlayır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli diplomat Tvitter hesabında yazıb.

Qeyd edək ki, Bozkır səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Onun Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla da görüşləri nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR