Bakıdan təyyarə İrəvana "hərbi əsirsiz" qayıtdı -

Bir neçə erməni əsir (Bakı onları terrorçu kimi tanıyır – red.) Bakıdan İrəvana göndərilir.

Metbuat.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan deyib.

Azərbaycandan gətirilən bir qrup erməni əsirin olduğu təyyarənin İrəvanın “Erebuni” hava limanına enəcəyi bildirilib. Qaytarılan əsirlərin sayı məlum deyil.

"Sputnik Ermənistan" Erebuniyə enən təyyarənin içində heç bir "erməni əsirin" olmadığını yazıb.

İddia edilir ki, təyyarədə yalnız rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovdur.

Erebuni aeroportunda gözləyən valideynlərə bu elan edildikdən sonra onlar yenidən geri - Müdafiə Nazirliyinin binasına qayıdıblar.

İtkin erməni əsgərlərinin valideynləri artıq 11 saatdır Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alıb.

Qeyd edək ki, erməni mediası birinci məlumatda rəsmi şəxsin - Njde Ovsepyanın adını da çıxarıb və bunu "hökumətdəki mənbə" sözləri ilə əvəzləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR