x
Loading...
.

Möhtəşəm uğur: azərbaycanlı tələbə 7 universitetə qəbul oldu - 85 min dollar təqaüd alacaq

.

Tanınmış azərbaycanlı ixtiraçı, tələbə Reyhan Camalova dünyanın top universitetlərindən təqaüd qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə danışan Reyhan Camalova bildirib ki, bu universitetlərin hər birinə təqribi illik 85 min dollar təqaüd ilə təhsil almaq haqqı qazanıb.

Hazırda hansı universitetdə təhsil almağ barədə qərar qəbul etmədiyini deyən Reyhan Camalova qeyd edib ki, o bir ay ərzində tam araşdırma apardıqdan sonra şəxsi inkişafı üçün daha uyğun olan universiteti seçəcəkdir.

''Mənim seçimim vətənimə, millətimə faydalı həmçinin dünyaya faydalı bir qlobal lider kimi formalaşmağına şərait yaradacaq universitet olacaqdır''.

Qeyd edək ki, 17 yaşlı Reyhan Camalova iki il öncə ixtirası ilə İvanka Trump-ın rəğbətini qazanmışdır. Dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi ələ edən Rainergy layihəsi Hindistanda keçirilən BMT Qlobal Sahibkarlıq Sammitində böyük uğur əldə etmişdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR