x
Loading...

Rüstəm Muradovdan hərbi əsirlərlə bağlı ŞOK AÇIQLAMA: Təyyarə niyə "boş" qayıdıb?

.

“Əhalini aldadırlar, erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov “Hraparak” qəzetinə açıqlamasında bildirib.

Məlumata əsasən Rüstəm Muradov Baş nazir Nikol Paşinyanla görüşəcək. İclas qısa, 20-30 dəqiqə davam edəcək. İclasın Paşinyan tərəfindən təşəbbüs göstərilərək, Muradovun köməkçisinin xahişi əsnasında baş tutduğu bildirilir.

Bu gün, Muradov Ermənistan rəsmilərinin niyə məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, bir qrup hərbi əsirin Ermənistana gələcəyi barədə şayiələr yayıldı və Paşinyanın sözçüsü Mane Gorgyan bu xəbəri təsdiqlədi, ancaq təyyarənin hərbi əsirlər olmadan eniş etdiyi üzə çıxıb.

“Yalanlar və təxribatdır. Yalandan əhalini çaşqınlığa salırlar”,- deyə R. Muradov qeyd edib. Onun sözlərinə görə, “əsirlər”in qaytarılması planlaşdırılmamışdı, belə ki, bu, işgüzar səfər olub.

Qeyd edək ki, aprelin doqquzunda Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayılsa da, daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığının məlum olduğu barədə məlumat yayılıb.

Güllbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR