x
Loading...

Ukrayna Rusiyanı "Qarabağ" silahı ilə vura bilər - Kiyev müharibə təcrübəsindən faydalanmalıdır

''Rusiya Xəzər Hərbi donanmasını Qara dənizə təlimlər məqsədi ilə aparır. Bu, Ukrayna ətrafında baş verən müharibə ssenarisinə uyğun olaraq Moskvanın daha da həm suda, həm də quruda güclənərək, fəal şəkildə müharibəyə hazırlaşmasıdır''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edərək bildirdi ki, müharibə başlayacaqsa, bu təkcə Donbas ətrafında deyil, Azov dənizi və Krımdan Rusiya hücuma keçəcək.

Bir Məhəmməd Əsədullazadə və standing şəkili ola bilər

"Rusiya Xəzər dənizi və digər dənizlərdə olan hərbi donanmasını Ukrayna ətrafına ona görə yığır ki, ABŞ və Ukrayna müharibə ssenarisindən vaz keçsin və Rusiya təzyiq yolu ilə yeni şərtlər əldə etsin. Amma, ABŞ və Ukraynanın geri çəkilməsi gözlənilmir. Hazırda müharibə variantı gündəmdə qalmaqdadır''.

Siyasi şərhçi bildirdi ki, müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynanı dəstəkləməsi qaçılmazdır.

В Азербайджане открылось первое почетное консульство Украины

''Ukraynaya humanitar yardımlarda göndərilməlidir. Ukraynanı dəstəkləmək Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək. Türkiyə də eyni cinahda yer alacaq. Amma, bu Rusiyaya qarşı müharibədə iştirak deyil. Ukraynanın daxilində hakimiyyət eşalonunda Rusiya agentura şəbəkəsi fəaliyyətini davam etdirir. Hazırkı situasiyada ordu güclü olsa da, Rusiyameyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti Ukraynanın uduzmasına hesablanacaqdır''.

Məhəmməd Əsədullazadə qeyd etdi ki, Qarabağ müharibəsində Azərbaycan Rusiyameyilli hərbiçiləri müəyyən qədər orduda neytrallaşdıra bildi. Bu da uğurlu hərbi əməliyyatların aparılmasına gətirib çıxardı. Hərhalda Azərbaycan bu təcrübəsini Ukrayna ilə bölüşməlidir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR