DƏHŞƏTLİ ETİRAF: Peyvənd prosesini düzgün aparmadıq

İtaliyada peyvəndləmə prosesinin aparılmasına baxmayaraq koronavirusdan ölüm hallarının çox olması müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, elm adamlarının məsələ ilə bağlı apardığı araşdırmanın nəticələrinə görə, peyvənd prosesi səhv aparılıb. İddialara görə, Səhiyyə Nazirliyi peyvənd prosesinin tətbiq edilməsi üçün yaş kateqoriyasını düzgün seçmir. İddia edilir ki, 20-30 yaş arası peyvənd olunan insanların sayı daha çoxdur. Əslində peyvəndləmə prosesinə yaşı daha çox olan şəxslər cəlb edilməli idi. Elm adamı Serxio Abrignani bildirib:

“Son 3 ayda işlər uyğun şəkildə aparılmadı. Əks təqdirdə hər gün 300-400 ölüm qeydə alınmazdı”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR