x
Loading...
.

Avropa İttifaqı əlavə peyvənd sifariş verəcək

.

Avropa İttifaqı COVID-19 virusunun mövcud və gələcəkdə yarana biləcək mutasiyalarından qorunmaq üçün daha 1,8 milyon doza təkmilləşdirilmiş peyvənd sifariş verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.

Belə ki, Komissiya böyük dərman istehsalçılarından biri ilə peyvənd tədarükünə dair ilkin müqavilə imzalamaq niyyətini üzv ölkələrə bildirib. Uşaq və yeniyetmələr üçün də tətbiqi mümkün olan peyvəndin ilk partiyası cari ildə, qalan hissəsi qarşıdakı iki il ərzində tədarük olunmalıdır. Bu zaman Avropanın özündə istehsal olunan dərmanlara üstünlük veriləcək.

Dərman tədarükü üçün əvvəla “BioNTech”/“Pfizer” konsorsiumu ilə danışıqlar aparmaq nəzərdə tutulur. / Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR