Türkiyədə "qanuni oğrular"a qarşı əməliyyat:

Türkiyədə cinayətkar dəstəyə qarşı irimiqyaslı əməliyyat təşkil edilib.

Metbuat.az xəbər verir ki, “qanuni oğru” kimi tanınan Sedat Pekerin rəhbərlik etdiyi dəstəyə qarşı aparılan əməliyyat zamanı 52 şübhəli nəzarətə götürülüb. 5 vilayətdə aparılan əməliyyatlar nəticəsində xeyli sayda dolu silah ələ keçirilib. Ümumilikdə 121 ünvandan axtarışlar aparılıb. Əməliyyatlara xüsusi təyinatlılar da dəstək verib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR