Gürcüstanda matəm elan edildi

Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Metbuat.az xəbər verir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb.

Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR