Azərbaycanın tanınmış cərrahı vəfat etdi -

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatoloji və üz-çənə kafedrasının professoru, tibb üzrə elmlər doktoru Mahir Əliyev vəfat edib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Stomatologiya ixtisası üzrə həkimin Davamlı Tibbi Təhsili haqqında  Məlumatlar S.A.A.Mahir Məmməd oğlu Əliyev Doğul

Qeyd edək ki, M.Əliyev 1956-cı ildə anadan olub. 1963-1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxuyub. 1972-1978-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. SSRİ Səhiyyə Nazirliyi Mərkəzi Tədqiqat Stomatologiya İnstitutunun (1982-1986) aspiranturasını bitirib.

Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşrin (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) müəllifidir.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR