Pediatrdan XƏBƏRDARLIQ!

"SARS Cov-2 virusu uşaqlar üçün təhlükəli hesab olunmurdu. Ancaq virus mutasiyaya uğrayandan sonra, o insan orqanizminin hüceyrələrinə daxil ola bilir və bu səbəbdən uşaqlarda da xəstəlik yaranır".

Bu açıqlamanı Metbuat.az-a pediatr Elza Məhərrəmova edərək bildirib ki, koronavirusun Böyük Britaniyada aşkar olunan yeni ştammının uşaqlar üçün də təhlükəli ola biləcəyi barədə alimlər həyəcan təbili çalırlar.


"Hələki mexanizm tam aydın olmasa da statistika bunu sübut edir. Belə ki, 15 yaşa qədər olan uşaqlarda yoluxma faktları artmışdır''.

Bəs uşaqlar arasında xəstəliyin ilkin simptomları hansılardır?

''Bu halda ən çox rast gəlinən əlamət yorgunluq, kiçik usaqlarda isterika ve ağlağanlıqdır. Baş agrısı, qarın ağrısı əsas əlamət hesab olunur. Ona görə uşaqda narahatlıq hiss edən ana, ondan başının və qarnının ağrayıb ağramadığını soruşmalıdır. Daha sonra temperatur, boğaz agrısı və iştahsızlıq kimi əlamətlər usağı narahat edə bilər''.

Pediatr valideynlərə xəbərdarlıq edərək bildirdi ki, uşaqlarda hər hansı bir virusa oxşar əlamət və simptom müşahidə edərlərsə o zaman mütləq həkimə müraciət edilməlidir.

Bu zaman həm uşaq həkim nəzarətində olacaq həm də virusun yayılmasının qarşısı alınacaqdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR