Bakıda "hamilə qadın" axtarılır

Bakıda "hamilə qadın" axtarılır
16:05 18 Yanvar 2015
189 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "hamilə qadın" gənc qadının çantasından 100 manat pul oğurlayıb.
 
Lent.az-ın verdiyi məlumata görə, yanvarın 15-də polisə müraciət edən 1992-ci il təvəllüdlü Hənifəzadə Səbinə Rafiq qızı başına gələn hadisəni nəql edib.
 
23 yaşlı zərərçəkən bildirib ki, yanvarın 14-də, saat 21:40 radələrində Nizami küçəsində tanımadığı bir qadın ona yaxınlaşıb. 30-35 yaşlı həmin qadın S.Hənifəzadəyə hamilə olduğunu deyib və maddi kömək etməsini xahiş edib. S.Hənifəzadə də, öz növbəsində, çantasındakı pulqabını götürərək həmin şəxsə 1 manat verib.
 
Zərərçəkmiş əlavə edib ki, bir qədər irəliyə gedərək 61 saylı xətt üzrə hərəkət edən avtobusa minib və burada pulqabına baxıb. Amma məlum olub ki, pulqabından 100 manat götürülüb.
 
Şikayətçi pullarının məhz ona yaxınlaşan qadın tərəfindən götürüldüyünə əmin olduğunu deyib.
 
Müraciət əsasında araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR