Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Bu gün Azərbaycanda 23 538 doz vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 18 956 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4 582 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 177 min 087 doz vaksin vurulub. Bunlardan 758 275-i birinci mərhələ, 418 812-si isə ikinci mərhələ vaksinasiyadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR