“Zirə” “Keşlə” ilə bərabərə qaldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Zirə” doğma meydanda “Keşlə” ilə qarşılaşıb.

Oyun 0:0 hesabı ilə başa çatıb.

Günün sonuncu matçında isə “Qarabağ” “Sumqayıt”la üz-üzə gəlir.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Qəbələ” – “Neftçi” (2:2) və “Sabah” – “Səbail” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
22-ci tur
11 aprel

“Zirə” – “Keşlə” 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR