İrandan qorxulu açıqlama: Nüvə stansiyasına terror hücumu olub

““Natanz” Atom Elektrik Stansiyasında baş verən hadisə terror hücumudur”.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlama verib. O bildirib ki, hücumun məqsədi İran və ABŞ arasında nüvə sazişinin bərpa edilməsinə dair davam edən danışıqlara zərbə vurmaqdır. Salehi dünya ictimaiyyətini və Beynəlxalq Atom Enerjisi Agentliyini hadisəni qınamağa çağırıb.

Qeyd edək ki, “Natanz” Atom Elektrik Stansiyasında baş verən qəza nəticəsində xoşagəlməz hal qeydə alınmayıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR