Bakıda rektor virusa yoluxdu -

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə “Report”a Xalq artisti özü məlumat verib.

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVID-19 səbəbindən təhsil müəssisəsində əyani dərslər dayandırılıb.

Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.

Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR