x
Loading...
.

Yasa gedən koronavirus xəstəsi cərimələndi

.

Salyan rayonunun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymayıb. Ə.Ağayev rayon ərazisində qaynatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.

Metbuat.az xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb. Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib.

Onlar 200 manat məbləğində cərimələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR