x
Loading...

İstixanada narkotik yetişdirən şəxs tutuldu

.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayonun Qullar kənd sakini Ələsgər Alqayev saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR