x
Loading...
.

Ukraynadan dialoq tələbi - Putin cavab vermir

.

Ukrayna prezidentinin metbuat katibi Yulia Mendel Rusiya ilə sərhəddə yaşanan gərginliklə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, Rusiya Ukrayna ilə sərhədə 40000 hərbçi yerləşdirib. Daha 40000 hərbçi isə Krıma cəlb edilib. Onun sözlərinə görə, yaxın günlərdə Vladimir Zelenski Donbassdakı vəziyyətlə bağlı Parisə səfər edəcək.

Mendel, prezident Vladimir Putinlə dialoq üçün Rusiya tərəfinə tələb irəli sürdüklərini lakin hələ cavab almadıqlarını bildirib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR