x
Loading...

Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib

.

Bu günədək dünyanın 154 ölkəsində 781 milyondan çox şəxs koronavirusa qarşı vaksin olunub.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirir.

Bu, dünya əhalisinin 5,1 faizini əhatə edir. Qeyd olunur ki, gündəlik peyvəndləmə orta hesabla 17,9 milyon dozaya bərabərdir.

Agentlik bildirir ki, yüksəkgəlirli ölkələrdə vaksinasiya prosesi aşağıgəlirli ölkələrlə müqayisədə 25 dəfə sürətli davam edir. Dünyanın ən zəngin 27 ölkəsinin payına peyvəndlərin 39,3 faizi düşür.

Ölkələr arasında ən çox peyvəndləmə ABŞ-da qeydə alınıb. Bu ölkədə 187 milyon doza vaksin vurulub.

Çin 164,5 milyon, 104,4 milyon doza vaksinlə ilk üçlüyü tamamlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR