x
Loading...

Saxlanılan iki icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

.

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan iki icra başçısının həbs müddəti uzadılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsi ötən il dekabrın 7-də saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbsdə qalma müddətini 3 ay uzadıb.

2020-ci il avqustun 19-da həbs edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da Binəqədi rayon Məhkəməsinin qərarı ilə daha 3 ay dəmir barmaqlıqlar arxasında qalacaq.

Onlar rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və mənimsəmədə ittiham edilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR