Daha bir ölkə S-400 alır -

“Hindistana S-400 müdafiə sistemlərinin satış tarixi yaxın günlərdə açıqlanacaq”.

Metbuat.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidməti belə açıqlama yayıb. Bildirilib ki, proses plana uyğun davam edir. Açıqlamaya görə daha bir neçə ölkə S-400 müdafiə sistemləri ilə maraqlanır.

Qeyd edək ki, Rusiya və Hindistan arasında əldə edilən S-400 razılaşmasının dəyəri 5,4 milyard dollardır.

ABŞ bu razılaşmaya qarşı çıxaraq, Hindistanı sanksiya ilə hədələyir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR