ŞOK İDDİA: Zelenski hücum əmrini bu tarixdə verəcək

Rusiya mediasının iddiasına görə, Ukrayna ordusu aprel ayının 2-ci yarısında irimiqyaslı hücumlara başlayacaq.

Metbuat.az xəbər verir ki, iddialara görə, bir neçə gündür türk pilotsuz uçuş aparatları ilə yanaşı, ABŞ İHA-ları da sərhəddə kəşfiyyat məlumatları toplayır.

Bildirilir ki, Donbasda hər gün atışma səsləri eşidilir. Atəşkəs başa çatandan sonra 20 ukraynalı hərbçi həlak olub.

Qeyd edək ki, bu gün Brüsseldə Ukraynanın Xarici İşlər naziri Dmitro Klube və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş baş tutacaq. Bu görüşün nəticəsinin Donbasdakı vəziyyətin gələcəyi baxımından önəmli olduğu bildirilir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR