x
Loading...
.

Rusiya ordusunda həyəcan: 40 min hərbçiyə əmr verildi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun qoşunlarını Rusiyanın Avropa sərhədlərinə köçürdüyü ilə bağlı açıqlama verib.

Metbuat.az rus KİV-nə istinadən xəbər verir ki, Şoyqu açıqlamasında bildirib ki, əsas qüvvələr Qara dənizdə və Baltik bölgəsində cəmləşib.

Müdafiə nazirinin sözlərinə görə, strateji aviasiya da daxil olmaqla ümumilikdə 40 min hərbçi və 15 min ədəd silah və hərbi texnika Rusiya Federasiyası ərazisi yaxınlığında təlim keçəcəkdir.

Şoyqu bildirib ki, üç həftə ərzində iki ordu və üç hava desant bölməsi Rusiya Federasiyasının qərb sərhədlərində təlim və döyüş tapşırıqlarını uğurla həyata keçirəcəkdir. Onun sözlərinə görə, qoşunlar ölkənin hərbi təhlükəsizliyini təmin etmək üçün tapşırıqları yerinə yetirməyə tam hazırdırlar.

“Hazırda bu birliklər təlimlərdə iştirak edir. Bütün hazırlıqların iki həftə ərzində tamamlanması planlaşdırılır ” deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR