x
Loading...
.

Evdən oğurluq edən qadın ələ keçdi

.

Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 min manat məbləğində və 13 min 60 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR