x
Loading...
.

Ermənilər sülhdən daha çox qorxur, nəinki müharibədən - SENSASİON AÇIQLAMA

Bu gün ADA-da dövlət başçısına verilən suallardan biri belə idi ki, ermənilər özlərinin irrasional yanaşması ilə təkcə Azərbaycana deyil, özündən qat-qat böyük və güclü Türkiyəyə də ərazi iddiaları ilə çıxış edirlər və bu onları bu günkü fəlakətə gətirib çıxardı. Ən maraqlı və vacib suallardan idi, cavabı da onu kimi. Sual dövlət başçısının da xoşuna gəldi. Sualın müəllifi Michael Reynolds bu yanaşmanı "madness" və ya dəlilik adlandırdı. Eyni zamanda M.Reynolds Azərbaycan tərəfinin də xüsusilə dövlət başçısının Zəngəzur, İrəvan və Göycə ilə bağlı əvvəl səsləndirdiyi fikirləri də xatırlatdaraq, Azərbaycanın da eyni xəttə yuvarlanması və ərazi iddiası olub olmadığını soruşdu.

Dövlət başçısı bir mənalı cavab verdi ki, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürmür, ancaq eyni zamanda bu azərbaycanlıların həmin ərazilərə qayıtmayacağı demək deyil. "Biz o torpaqlara qayıdacağıq, amma bu o demək deyil ki, tankın üstündə" - deyə əlavə elədi. Bundan sonra ermənicə yazan qatı erməni milliyyətçisi bir neçə erməni blogerlərinin yazdıqlarına baxdım. Demək Ermənistanda hökumətə yaxın mətbuat orqanları bizim Prezidentin yalnız "bizim Ermənistana ərazi iddiamız yoxdur" ifadəsini veriblər, ancaq digər hissələri verməyiblər. Həmin bloggerlər də haray qaldırıblar ki, hökumət yalan deyir Azərbaycanın dövlət başçısı həmin ərazilərə iddianı bir daha səsləndirib.

Ümumiyyətlə, vəziyyət necədir? Məsələ burasındadır ki, erməni milliyyətçiləri sülhdən daha çox qorxurlar nəinki yeni müharibənin başlanmasından. Bəli, sülhdən qorxurlar. Bunu bizdəki sülh çağrışları edənlər yaxşı anlamalıdılar. Sülhü mən də istənilən normal insan kimi çox istəyirəm. Sülhdən qarşı tərəf necə və niyə qorxur? Keçən həftə keçmiş prezident Robert Köçaryanın Poznerə müsahibəsində bir məqam var idi. Deyirdi ki, "Türkiyə və Azərbaycanla sərhədlər açılsa, Ermənistan növbəti Acarıstana çevriləcək". Yəni, türk investisiyası gələcək hər şeyi alacaq. Bu gün Gürcüstanda Türkiyəyə və Azərbaycana qarşı kənar qüvvələrin apardığı təbliğatın əsas narrativi budur. Ermənilər qorxur ki, biz müharibəni udduğumuz kimi sülhü də udaq. Təsəvvür edin sərhədlər açılır, vəziyyət vaxt keçdikcə normallaşır, gediş gəliş başlayır. Bu gün Azərbaycan vətəndaşlarının ən azı 2-3 milyonu müxtəlif dövrlərdə o torpaqlardan qovulanlardır. Aralarında çoxlu dostlarım və tanışlarım var. İnsanlar tanıyıram özü heç zaman orda olmayıb, amma atasından babasında "google map"da dədə-baba evlərini tapıb həsrətlə baxırlar. Adamlar var Rusiyada ermənilərə pul verirdilər gedib onların evlərinin videolarını çəkirdilər və gətirib burda nəsillikcə baxırlar. Ermənilər bunu bilir və çox qorxur. Zaman zaman gediş gəliş artdıqca, münasibətlər sivilləşdikcə, babalarının torpaqlarından evlər və mülklər almaq istəyənlər də tapılacaq. Bunlara görə sülhdən və birgə yaşayışdan qorxurlar.

Məhz bunlara görə cəmi bir neçə marjinal adamı çıxmaqla mən orada hansısa həqiqi sülhdən danışanları görmürəm. Mən tanımadıqlarımı siz tanıyırsınızsa, deyin, mən də tanıyım. Əksini görürəm, anlamaq istəmirlər. Demək bir erməni tanıyıram bir tərəfdən əvvəl Qərbdən sülh quruculuğu ilə bağlı qrantlar alırdı, o biri tərəfdən Sasnatseri dəstəkləmişdi 2016-da, hətta buna başqa bir erməni tanıdığım təəccüblənmişdi. Məhz buna görə onlara sülh alternativini göstərəndə kaskaları da göstərmək lazımdır. Təkcə sülhdən danışsaq çaşarlar və zəiflik görərlər.

Fuad Çıraqov

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR