x
Loading...

Bayden Putinə üçüncü ölkədə görüşməyi təklif etdi

.

ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, dövlət başçıları strateji sabitlik barədə danışıqlar aparmaq niyyətində olduqlarını vurğulayıblar.

“Onlar bir sıra regional və beynəlxalq məsələləri müzakirə etdilər. ABŞ və Rusiya “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” sazişinin uzadılması əsasında bir sıra silahlara nəzarət məsələləri və ortaya çıxan təhlükəsizlik təhdidləri ilə bağlı strateji sabitlik üzrə dialoq aparmaq niyyətində olduqlarını bildirdilər”, - deyə Ağ Evin məlumatında bildirilir.

"Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər qurmağı hədəflədiyini təsdiqlədi və ABŞ və Rusiyanın qarşılaşdığı problemlərin bütün spektrini müzakirə etmək üçün qarşıdakı aylarda üçüncü bir ölkədə zirvə görüşü təklif etdi", - deyə açıqlamada deyilir.

“Prezident Bayden Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün ABŞ-ın öhdəliyini vurğulayıb və Rusiyanın Krımda və Ukrayna ilə sərhəddə anidən hərbi gücünü artırmasından narahatlığını bildirib”, - deyə Ağ Evin məlumatında qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR