x
Loading...
.

Ronaldonun qolunu saymadı, Avro-2020-dən kənarda qaldı

.

DÇ-2022-nin seçmə mərhələsində SerbiyaPortuqaliya matçında Kriştiano Ronaldonun təmiz qolunu saymayan Mario Diks Niderlanddan olan hakimlər briqadasından kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb. Yan xətt hakimi Danni Makkellinin rəhbərlik etdiyi briqadada olmayacaq. Beləliklə, o, Avro-2020-nin matçlarından da kənarda qalacaq.

Diks Ronaldonun görüşün son dəqiqələrində vurduğu qolu qeydə almayıb. 36 yaşlı hücumçu isə həmin haqsızlığa görə etiraz edib və nəticədə sarı vərəqə ilə cəzalandırılıb. Bu qərara qəzəblənən portuqaliyalı oyunçu kapitanlıq sarğısını yerə çırparaq, hələ görüş başa çatmamış meydançanı tərk edib. Diks isə qarşılaşmadan 1 gün sonra oyunun videogörüntüsünə baxarkən Ronaldonun təmiz qol vurduğunu başa düşüb. O, bu səhvinə görə Portuqaliyadan üzr istəyib.

Qeyd edək ki, Serbiya – Portuqaliya görüşü 2:2 hesabı ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR