Hərbi Qənimətlər Parkı Ermənistana göz dağıdır -

“Azərbaycan xalqının və orudusunun Vətən müharibəsindəki qəhrəmanlığını gələcək nəsillərə sübut edən Hərbi Qənimətlər Parkının açılışı tarixi hadisədir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib. General bildirib ki, mərasimdə vətən müharibəsində şəhid olan igidlərin əziz xatirəsinin yad edilməsi, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibədə igidlik nümayiş etdirən hərbçilərə Azərbaycan dövlətinin yüksək hərbi mükafatları olan “Vətən müharibəsi qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenlərinin təqdim edilməsi dövlət tərəfindən şəhidlərin xatirəsinə göstərilən ehtiramın, qazilərə göstrilən yüksək diqqətin növbəti sübutudur.

No description available.

''Bildiyiniz kimi, Hərbi Qənimətlər Parkında 44 günlük müharibə zamanı ermənilərdən ələ keçirilən hərbi silah və texnika nümayiş etdirildi. Hazırda dünya hərb tarixi Ermənistanın müharibədə necə bir acınacaqlı hala düşdüyünün şahidi oldu.

Mərasimin açılış nitqində çıxışı zamanı toxunan cənab İlham Əliyev bildirdi ki, ''Düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, düşmənin məğlubiyyətini göstərir'' deyib.

Ölkə başçısı bildirdi ki, 44 gün ərzində Azərbaycan ordusu hücuma keçərək, Ermənistan ordusuna ağır zərbələr yetirib. Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, sonrakı inkişafı barədə həqiqətləri mərasimdə çıxışı zamanı dünya ictimaiyyətinin diqqətinə çatdıran Ali baş komandan İlham Əliyev qeyd etdi ki, ötən müddət ərzində bu münaqişənin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən ölkənin iqtisadi inkişafı, xarici siyasət və ordu quruculuğu sahəsində atılan önəmli addımlar olub''.

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak  edib - YENİLƏNİB-1

Azərbaycan Prezidentinin açılış nitqindəki digər məqamlara da toxunan Yücel Karauz qeyd etdi ki, Azərbaycanın Vətən müharibəsində qələbə əldə etməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə 17 il ərzində ordu quruculuğu sahəsində atılan addımlar mühüm rol oynadı.

Yücel Karauz Hərbi Qənimətlər Parkının açılışnda, Ali Baş Komandan İlham Əliyevin, son günlər istər xarici, istərsə də yerli metbuatda Rusiya tərəfindən başqa bir ölkəyə verilməyən “İskəndər-M” raketi ilə bağlı yaranan müzakirələrə dair açıqlamasını da yüksək dəyərləndirdi.

Prezidentin Bakı Hərbi Qənimət Parkının açılışındakı çıxışı- TAM MƏTN

''Prezident İlham Əliyevin “Şuşanı, bax, bu “İskəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur” sözlərinin önəmini xüsusi olaraq vurğulamaq istəyirəm.

İlham Əliyev ''İsgəndər-M'' barədə Rusiyadan cavab istəyir - BBC News  Azərbaycanca

Qeyd etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında 50 ən güclü ordu sırasındadır.17 il ərzində ordu quruculuğu sahəsində atılan addımlar bu gün güclü Azərbaycan ordusunun yaranmasının bünövrəsini təşkil edir. Vətən müharibəsindəki Zəfərin təməlini isə güclü Ali Baş Komandan, güclü dövlət,güclü xalqın vəhdəti təşkil edir''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR