x
Loading...
.

Rusiyanın "Qarabağ planı" dəyişib? - Xankəndidə gizli görüşlər keçirilir / FOTO

Aprelin 9-da Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşüb.

Metbuat.az hrparaka-a istinadən xəbər verir ki, bir saat davam edən iclas “Wine Republic” adlı restoranda a naharla bitib. Bu müzakirədə diqqət çəkən məqam Armen Balayanın Robert Köçəryanın ən yaxın adamlarından biri olmasıdır.Qeyd edək ki, Muradovun bu görüşü Ermənistanda mövcud siyasi elita tərəfindən qətiliklə qəbul edilmir.

Məlumat üçün bildirək ki, bu kimi gizli görüşlərin keçirilməsi general-leytenant Rüstəm Muradov üçün son günlər xarakterik hal almağa başlayıb. Onun Qarabağdakı separatçı qüvvələr ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR