x
Loading...

Müharibədən sonra ermənilər birləşir: 15 apreldə hərəkətə keçəcəklər

Ermənistanın diaspor naziri Hranuş Hakobyan ermənilərə müraciət ünvanlayaraq onları mitinqə səsləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Hrparak nəşri yazıb. Məlumata əsasən, qondarma erməni soyqırımının ildönümü ərəfəsində, erməni diasporu yenidən bir araya gələcək. Diaspor naziri Hranuş Hakobyan bu barədə diaspora ermənilərinə müraciət edib.

15 apreldə erməni diasporu yenidən mübarizə aparacaq

O bildirib ki, altı aydan çox vaxt keçsə də, Ermənistan hakimiyyəti itkin düşən məhkumları geri qaytara bilməyib. Qərbin həmişə olduğu kimi bu baş verənlərə öz soyuq laqeydliyi ilə göz yumduğunu qeyd edən Hranuş Hakobyan, Qarabağda yeganə ümidin Rusiya sülhməramlı qüvvələrinə olduğunu da gizlətməyib.

Hakobyan müraciətində qeyd edib ki, qondarma erməni soyqırımının ildönümü ərəfəsində, 15 aprel 2021-ci ildə, erməni diasporu yenidən meydanda “döyüşəcək”, kabus kimi ayağa qalxaraq, erməni itgin düşən hərbiçilər barəsində etiraz səslərini ucaldacaqlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR