x
Loading...

Bu tibbi müalicələr orucu pozmaz - İynə vurdurmaq olar?

.

Oruc tutan insan lazım gələrsə hansı tibbi müayinə və müalicələrdən keçə bilər? Oruclu şəxsə peyvənd, iynə, sistem oluna bilərmi?

Metbuat.az xəbər verir ki, Türkiyə Dini işlər üzrə Başkanlığı ramazanda tibbi müalicələrlə bağlı açıqlama verib.

Açıqlamada “peyvənd orucu pozmaz” deyə elan edilib.

Dini işlər üzrə rəhbər Ali Erbaş oruca zərər verməyən tibbi müdaxilələri sadalayıb:

“ 2005-ci ildən bəri alınan qərara uyğun olaraq qidalandırıcı və həzz verici olaraq istifadə edilmədiyi üçün istənilən peyvənd oruc şəxsə vurula bilər, bu orucu pozmaz.

Eləcə də virus əleyhinə iynələr, sistemlər, qidalandırıcı təsirə malik olmayan inyeksiyalar, yerli anesteziya, keyidici, hemodializ, anju, biopsiya prosedurları, bədənə xəstəliyə, səpkiyə qarşı məlhəm, analiz məqsədilə qan götürmək, şəkəri yoxlamaq, tənzif, dərman, sarğı kimi prosedurlar orucu pozmur və günaha yazılmaz”. (medicina.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR